Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini atəşə tutub

Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini atəşə tutub

Ermənistan silahlı qüvvələri bu gün gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutub.

“Azeri Defence” saytının məlumatına görə, zərbələr nəticəsində Gəncədə dağıntılar baş verib.

Hazırda dağıntıların və itkilərin miqyası dəqiqləşdirilir.

Gəncəyə 9K72 “Scud-B” ballistik raket atışları Ermənistan Respublikası ərazisindən həyata keçirilib. Adıçəkilən raketlər Stepanavan şəhərində yerləşən Ermənistan ordusunun 71-ci raket alayının tərkibindədir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş