Ermənistanda yeni müdafi naziri təyin olunub

Ermənistanda yeni müdafi naziri təyin olunub

Ermənistanın sabiq müdafiə naziri, Baş nazir Nikol Paşinyanın müşaviri Vaqarşak Arutyunyan yenidən Ermənistanın müdafiə naziri postuna təyin edilib.

Bu barədə “Azeri Defence” Ermənistan mətbuatına istinadən məlumat verib.

Ermənistan prezidenti Armen Sərkisyan bununla bağlı sərəncamı imzalayıb.

Qeyd edək ki, Müdafiə naziri David Tonoyan noyabrın 19-da vəzifəsindən istefa verib.

General-leytenant Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə Ermənistanda müdafiə naziri olub.

KATEQORIYA:
Bu xəbəri paylaş