Erməni deputat: “Hərbi qulluqçular gigyenik ləvazimatların qıtlığından əziyyət çəkirlər”

“Ermənistan Ordusunda hərbi qulluqçular gigyenik ləvazimatların qıtlığından əziyyət çəkirlər”.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri ötən gün Ermənistan Milli Məclisinin deputatı Mane Tandilyan səsləndirib. Deputatın bu fikirləri söyləməsi böyük etiraza səbəb olub. Məsələnin daha da geniş miqyas alacağını görən, Ermənistan müdafiə naziri Vigen Sarkisyan açıqlama vermək məcburiyyətində qalıb.

V.Sərkisyan isə buna başqa arqumentlə cavab verməyə çalışıb. Müdafiə nazirinin sözlərinə görə, hərbçilər hər ay müavinət alırlar ki, bu müavinətin bir hissəsi gigyenik ləvazimatların alınması üçün nəzərdə tutulub: “Onlara verilən müavinətlər hesabına, hərbi hissə daxilindəki mağazadan özlərinə lazım olan ləvazimatı ala bilərlər. Əgər kiminsə ləvazimatlara əlavə ehtiyacı yaranırsa, ola bilsin, onlara evdən göndərirlər”.

KATEQORIYA:
Bu xəbəri paylaş