Erməni diversiya qrupu belə məhv edildi – VİDEO

Xəbər verdiyimiz kimi bu gün erməni silahlı bölmələri Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində diversiya həyata keçirməyə cəhd edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi erməni diversiya qruöunun məhv edilməsi əməliyyatının cəbhə xəttindəki müşahidə kameralarından çəkilmiş videogörüntüsünü yayımlayıb.

Videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş