Erməni əsgərinin ölüm səbəbi araşdırılır

Ermənistan Silahlı Qüvvələrinin əsgərinin döyüş postunda meyiti tapılıb.

Bu barədə “AzeriDefence” “News.am” saytına istinadən məlumat verib.

Bu gün 11:45 radələrində işğal olunmuş Dağlıq Qarabağda hərbi hissələrin birinin döyüş postunda 19 yaşlı əsgər Lernik Osyanı ölmüş halda tapıblar.

İlkin məlumata əsasən, L. Osyan pulemyotdan açılan atəş nəticəsində həlak olub.

L. Osyanın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini olan L. Osyan ailənin tək övladı olub.

KATEQORIYA:
Bu xəbəri paylaş