Erməni əsgərləri bir birini güllələdilər – YENİLƏNİB

Dağlıq Qarabağda (Talış kəndi istiqamətində) Ermənistan Ordusunun hərbçisinin ölümünün təfərrüatları bəlli olub.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisənin erməni hərbçiləri arasında baş vermiş qarşıdurma nəticəsində yaşanıb.

Ermənistan Silahlı Qüvvələrinin İstintaq komitəsinin məlumatına görə, sıravi əsgər Albert Postolokyan blindajda istirahət edən əsgər Qarnik Terteryana qumbara atıb. Partlayış nəticəsində blindajda istirahət edən sıravi Qarnik Terteryan qəlpə yaraları alıb.

Hadisədən sonra Albert Postolokyan avtomatla özünə atəş açaraq intihar edib.

10:52

Cəbhə xəttində təxribat cəhdlərini davam etdirən Ermənistan Ordusunun hərbi qulluqçusu öldürülüb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, gecə saat 02:45 radələrində Ermənistan Ordusunun hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Albert Postolokyan aldığı güllə yarasından ölüb.

Hadisə Dağlıq Qarabağda – Talış kəndi yaxınlığındakı mövqelərin birində baş verib.

KATEQORIYA:
Bu xəbəri paylaş