Erməni generalı bu dəfə də üzə çıxmadı, onunla bağlı şübhələr artır – FOTOLAR

Ermənistan prezidentinin mətbuat xidməti bu gün Serj Sərkisyanın işğal altındakı Azərbaycan ərazilərinə səfəri barədə məlumat yayıb.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan prezidentinin rəsmi internet saytında yer alan xəbər və fotolarda Xankəndinə helikopterlə gələn Sərkisyanın və Ermənistanın müdafiə naziri Seyran Ohanyanın burada separatçı rejimin hərbi rəhbərliyi ilə görüşü əksini tapıb.

Xəbərdə Sərkisyan və Ohanyanın qarşılanmasında və Xankəndində keçirdiyi hərbi şuranın iclasında nə Ermənistan Silahlı Qüvvələri Baş Qəərargah rəisinin müavini – Qarabağdakı əməliyyatlara cavabdeh olan general-leytenant Movses Akopyan nəzərə çarpmayıb.

Qeyd edək ki, məlumatlara görə, M. Akopyan dördgünlük əməliyyatlar dövründə Azərbaycan ordusunun endirdiyi zərbələr nəticəsində yaralanıb. Hazırda onun İrəvandakı xəstəxanalardan birində müalicə aldığı bildirilir.

17146

17154

 

KATEQORIYA:
Bu xəbəri paylaş