Erməni hərbçisi ölüb

Bu gün saat 08:40 radələrində Ermənistanda hərbi hissələrinin birində xidmət edən kiçik serjant Qaqik Aruş oğlu Mesropyan güllə yarasından ölüb.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə hadisə qarovul dəyişməsi zamanı silahla diqqətsiz davrandığına görə baş verib.

1997-ci il təvəllüdlü Qaqik Aruş oğlu Mesropyan Eçmiadzin hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş