Paradda erməni kamuflyajında iştirak edən rus hərbçiləri və texnikaları – FOTOLAR

Ermənistan sentyabrın 21-də İrəvanda keçiriləcək hərbi parada hazırlıq çərçivəsində bir sıra yeni silah sistemlərini nümayiş etdirib. Bu sistemlər arasında “İsgəndər-E” operativ-taktiki raket kompleksi, BM-30 “Smerç” reaktiv yaylım atəş sistemi, “Buk-M1-2” zenit raket kompleksi, RB-531BE “İnfauna” radioelektron mübarizə vasitəsi və digər yeniliklər iki gündür Azərbaycan da daxil olmaqla region ölkələrinin mətbuatında müzakirə olunur.

Paradda nümayiş olunan silah sistemlərinə Ermənistan gerçəkdən sahibdir, yoxsa bu ölkədə yerləşən Rusiya Silahlı Qüvvələrinin 102-ci bazasından cəlb olunub? Bu mövzu da hazırda ən çox müzakirə edilən mövzulardandır.

“AzeriDefence”nin məlumatına görə, Ermənistanın əvvəlki illərdə 102-ci bazaya məxsus texnikanı erməni hərbi simvolikası ilə paradlara və təlimlərə çıxardığı məlumdur. Belə faktlardan biri 2015-ci ildə “Şant-2015” təlimlərində aşkarlanmışdı.

Qeyd edək ki, adıçəkilən silah sistemləri faktiki olaraq 102-ci bazanın inventarında yer alıb.

2015-ci ilin iyun ayının 26-da Rusiya ilə Ermənistan arasında silah və hərbi texnikanın kreditlə satışına dair müqavilə imzalanıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyun ayının 30-da silahların Ermənistana göndərilməyə başlandığını bildirib.

Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı həyata keçirilməlidir.

Paradda “Smerç” istisna olunmaqla, keçid edən bəzi yeni sistemlərin (“İsgəndər”, BUK-M1-2, “İnfauna“) Ermənistana aid olmadığı şübhəsizdir. Məsələn, RB-531BE “İnfauna” radioelektron mübarizə vasitəsi (REM) 102-ci bazanın silahlanmasına 2015-ci ildə daxil edilib. Bu ilin iyun ayında Qazaxıstanda keçirilmiş KADEX-2016 sərgisində iştirak edən Rusiyanın Birləşmiş Cihazqayırma Korporasiyasının baş direktor müavini söhbətimizdə bu sistemin ixracına dair ilk müqavilənin Qazaxıstanla imzalandığını, hazırda digər bir neçə Yaxın Şərq ölkəsi ilə danışıqlar getdiyini bildirmişdi. Rəsmən Ermənistan ixrac ölkələri sırasında olmayıb. Bu da adıçəkilən kompleksin üzəri Ermənistan Ordusuna aid kamufllyaj edilməklə Rusiya bazasından parada cəlb olunduğunu göstərir.

“AzeriDefence” İrəvandakı parada cəlb olunmuş 102-ci bazanın hərbçiləri ilə bağlı bəzi araşdırmalar aparıb. Məlum olub ki, “Kontakt” şəbəkəsində olan 102-ci bazanın əsgərlərinin bəziləri avqust ayının 20-dən etibarən paradın hazırlıq məşqlərinə cəlb olunublar. Onlardan bəziləri hətta hazırlıq məşqlərində çəkilən fotolarını da sosial şəbəkədə paylaşıblar.

Araşdırma nəticəsində 102-ci bazanın hərbi texnikalarının ekipajının Ermənistan Ordusunun kamuflyajında parada çıxacağı məlum olub. İlk hazırlıq günlərində məşqlərə rus ordusunun səhra kamuflyajında çıxan ekipaj üzvləri İrəvan şəhərinin mərkəzində keçirilmiş son məşqlərdə Ermənistan Ordusuna aid kamuflyajda olublar.

Eləcə də parada cəlb olunan 102-ci bazaya məxsus texnikalar Ermənistan Ordusunun texnikaları ilə eyni rəngdə boyanıb.

Fərqli adla “kontakt”da təmsil olunan “AzeriDefence”nin əməkdaşına paradda iştirak edən rus əsgərlərindən biri deyib ki, o, “Buk” ZRK-nin ekipajıdır. “Mənim maşınım birinci cərgədə sağda gedəcək. Canlı yayımda izləyə bilərsən”.

Bununla rus əsgəri özü də fərqinə varmadan parada cəlb olunan “Buk-M1-2” ZRK-nin Ermənistana deyil, 102-ci bazaya məxsus olduğunu açıqlayıb.

“AzeriDefence” İrəvandakı hərbi parada cəlb olunmuş 102-ci bazanın hərbçilərinin hərbi texnikalar önündə çəkdirdikləri fotoları təqdim edir.

ermeni-rus (1)

 

ermeni-rus (9)

 

ermeni-rus (3)

 

ermeni-rus (4)

Ermənistan Ordusunun kamuflyajına boyanmış 102-ci bazaya aid Buk-M1-2 ZRK

 

 

ermeni-rus (8)

102-ci bazaya aid Buk-M1-2 ZRK və ekipajı

 

ermeni-rus (7)

Rus əsgəri paradın məşqlərində

ermeni-rus (6)

102-ci bazanın əsgərləri idarə etdikləri hərbi texnikanın önündə. İrəvanın küçələrindən birində çəkilib. Texnikanın kamuflyajına diqqət edin

ermeni-rus (5)

Rus əsgərləri paradın ilk məşqlərində. Texnikanın kamuflyajına diqqət

 

KATEQORIYA:
Bu xəbəri paylaş