Erməni mediasından şok iddia: Xankəndi “Harop”la vuruldu – VİDEO

Xankəndindəki şiddətli partlamalarla bağlı ilkin təfərrüatlar məlum olub.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Ermənistanın “Birinci İnformasiya Agentliyi” məlumat yayıb.

Yaydığı məlumata görə, Xankəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən “Harop” atışına məruz qalıb.

Agentlik partlayışın videosunu da yayıımlayıb.

Qeyd edək ki, “Sputnik” agentliyinin məlumatına görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanla görüşü zamanı Xankəndinin mərkəzində güclü partlayışlar baş verib. Şəhərin kənarından pulemyot səsləri də eşidilib, havada işıqsaçan güllələr görünüb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin “Harop” atışıyla Ağdərədə Ermənistandan Qarabağa döyüşşməyə gələn Sünik silahlılarını daşıyan avtobus, Hadrutda isə bir ədəd “Akatsiya” özüyeriyəən haubitsa və onun sursat daşıyıcısı məhv edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş