Erməni ordusu çoxlu sayda itki verdi: Düşmən geri oturduldu – VİDEO

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, düşməni daim izləyən ordu bölmələri erməni hərbçilərinin fəaliyyətini əvvəlcədən aşkar edərək qabaqlayıcı atəş zərbələri vurublar.

Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş