Erməni ordusunda mart ayı ərzində intizamsızlıq nəticəsində 5 hərbçi ölüb

Ermənistan Ordusunda mart ayı ərzində ancaq daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması və özünəqəsd nəticəsində yalnız rəsmi açıqlamalara əsasən, 5 nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, Ermənistan bütün üsullardan istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hətta bunu hüquqi cəhətdən rəsmiləşdirməyə və zor gücünə öz xeyrinə məhkəmə qərarlarının çıxarılmasına da nail olur. Lakin bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, orduda vəziyyət təsəvvür edildiyindən də qat-qat acınacaqlı, çətin və ciddidir. Ordudakı ədalətsizliyin, aclığın, səfalətin və digər neqativ halların qurbanları fiziki və psixoloji cəhətdən zəif, düşdüyü mühitə uyğunlaşa bilməyən gənc əsgərlərdir. Bu vəzyyətdən yeganə çıxış yolunu isə onlar özünəqəsddə, müxtəlif bədən xəsarətləri yetirməklə xidmətdən boyun qaçırmaqda görürlər. Bəzi hadisələri misal göstərmək olar. Məsələn, Ermənistandan hərbi xidmətə çağırılan zabit Levon adlı taqım komandiri içki məclisində Qarabağda xidmətin dözülməzliyi mövzusunda mübahisə zamanı yerli erməniləri və yezidi kürd hərbçini təhqir etdiyi üçün kütləvi dava düşüb. Nəticədə bir neçə nəfər ciddi xəsarət aldığından təcili olaraq Xankəndi şəhər hərbi hospitalına çatdırılıb. Levona isə həkimlər burun və bir neçə qabırğa sınığı diaqnozu qoyublar.

Erməni KİV-i yazır ki, Marelyan soyadlı hərbçi tərəfindən amansızcasına döyülən Arman Rambelyan isə ağır vəziyyətdə hərbi hissənin tibb məntəqəsinə çatdırılıb. Dağlıq Qarabağdan olan erməni komandir Xron Qulyan tərəfindən şəxsi heyət qarşısında döyülən Ermənistandan çağırılan Yerem adlı hərbçinin səhhətində ciddi problemlər aşkar edilib. Albert Saakyan adlı əsgər isə Qarabağ erməniləri tərəfindən təhqirlər ucbatından altı yerdən damarlarını kəsərək intihara cəhd edib. Digər iki hərbçi – kəşfiyyatçı Arkadi Matevosyan və əsgər Levon Akopcanyan da təhqirlərə və alçaldılmaya tab gətirməyərək xidmət yerlərini özbaşına tərk ediblər. Daha bir fakt isə martın 14-də Noyemberyan rayonu ərazisindəki yerləşən hərbi hissələrin birində əsgərin ölümü ilə bağlıdır.

“Aravot.am” saytının yaydığı xəbərə görə, əsgər Kamo Martirosyan özünəqəsd nəticəsində dünyasını dəyişib. O, təhqirlərdən bezərək, avtomatdan atəş açmaqla özünü öldürüb.

Erməni ordusunda narahatçılıq doğuran daha bir hal isə əsgərlər arasında yaranan panikadır. Orduda vəziyyət hətta o yerə çatıb ki, qorxudan erməni hərbçiləri tez-tez cəbhə xəttinin sağ və sol cinahlarında olan öz mövqelərini də düşmənlə səhf salaraq atəşə tuturlar.

Xəbərdə o da qeyd olunub ki, martın 15-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi polisinin xüsusi əməliyyat xidməti əməkdaşları tərəəfindən küllü miqdarda rüşfət alarkən nazirliyin departamentinin əməkdaşı Arsen Qəribcanyan saxlanılıb. 

KATEQORIYA:
Bu xəbəri paylaş