Ermənilər qadağan olunmuş sursatlardan istifadə etdilər – YENİLƏNİB

Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür.

“AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanovun sözlərinə görə, Müdafiə Nazirliyinin nümayiş etdirdiyi fotoda yer alan sursatın ölçülərinə görə Çin istehsalı 273 mm-lik WM-80 reaktiv yaylım atəş sistemindən atılması ehtimal olunur: “Düzdür Ermənistan Ordusunun Qarabağdakı birləşmələrinin arsenalında yer alan 122 mm-lik “Qrad” RYAS-ların və “Uraqan” sistemlərinin də kasetli raketləri var. İnternetdə apardığımız araşdırmalar və hərbçilərlə dəqiqləşmələrdə onun daxilindəki döyüş elementlərinin bu tip olmadığını bildirdilər. Hazırda ermənilərin Qarabağ ərazisində bu tip kasetli sursatlarla atəş aça bilən yeganə sistemi WM-80-dir. Söhbət elədiyim hərbçilər də bu sursatın Azərbaycan və Ermənistanın istifadəsində yer alan və faktiki olaraq son döyüşlərdə istifadə edilmiş artilleriya sistemlərindən heç birində olmadığını qeyd etdilər”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş