Ermənilər cəhbə xəttində yeni müşahidə-nəzarət kameraları yerləşdirirlər

Ermənistan Ordusunun 2015-ci ilin sonlarından etibarən Qarabağ cəbhəsinin cənubundakı mövqelərində OD-3 adlı elektro-optik müşahidə sistemlərini tətbiq etməsi müşahidə olunur.

Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verib.

Ermənistan Ordusunun adıçəkilən müşahidə sistemlərini tətbiq etməsi cəbhənin Cəbrayıl və Füzuli rayonları istiqamətində qeydə alınıb.

Ermənistanın “Astromaps” şirkətinin Belarus və Yunanıstan şirkətləri ilə əməkdaşlıq çərçivəsində istehsal etdiyi OD-3 özündə termal və gündüz kameralarını birləşdirir. Kameralardan əldə olunan görüntülər monitor və ya notebook vasitəsi ilə izlənir.

İstehsalçı şirkətin açıqladığı məlumata görə, elektro-optik kompleks 336×256, 17μ, 9Hz deteksiya qabiliyyətinə malik termal kameraya malikdir. Bu kamera 4470 metr məsafəni deteksiya etməyə, 890 metr məsafədə hədəfi təsbit, 445 metr məsafədə isə analiz etməyə imkan verir. Bundan başqa, sistemdə 324×240, 25μ, 9Hz çalışan, 1520 metr mənzilə (390 metrdə təsbit, 195 metrdə təyinetmə) sahib ikinci termal kamera, 46 qat böyütmə qabiliyyətinə sahib gündüz kamerası yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş