Ermənilər də hərbi sərgi keçirməyə hazırlaşırlar

Ermənistanda “ArmHiTec-2016” adlı beynəlxalq silah və müdafiə sərgisi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, “ArmHiTec-2016” adlanan sərgi bu ilin noyabrın 1-3 tarixlərində “ErevanEkspo” sərgi kompleksində Ermənistan Müdafiə Nazirliyinin və “İrəvan riyazi maşınlar zavodu” QSC-nin dəstəyi ilə reallaşacaq. Sərginin təkşilatçısı Rusiyada sərgi tədbirlərinin təşkili üzrə ixtisaslaşmış “Bizon” şirkətidir.

Sərgi tank, raket sistemləri, hərbi aviasiya, atıcı silahlar və mərmilər, pilotsuz uçuş aparatları və kompleksləri, rabitə vasitələri, məsafədən idarəolunan sistemlər, mühafizə və fərdi müdafiə qurğuları, lazer, informasiya və telekomunikasiya texnologiyaları, təchizzat, tibb xidməti sahələri üzrə tematik bölmələrdən ibarət olacaq. Bundan başqa sərgidə silah və hərbi texnika, təhlükəsizlik sistemləri, həmçinin polis qurumları üçün xüsusi texniki vasitələr nümayiş etdiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş