Ermənilər Gümrüdə rus əsgərini öldürdülər

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgəri öldürülüb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Azatutyun” radiosu məlumat yayıb.

Rusiya hərbi bazasının əsgəri, 1996-cı il təvəllüdlü Dmitri Salpayevin üzərində zorakılıq əlamətləri olan cəsədi Gümrünün Kursk massivində yerləşən “Arqo” mağazasında aşkarlanıb.

Məlumatlara görə hərbi qulluqçu davada öldürülüb və onu öldürənlərdən biri istintaqa cəlb olunub.

Qeyd edək ki, 2015-ci il yanvar ayının 12-də 102-ci hərbi bazadan qaçan rusiyalı hərbçi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü güllələdikdən sonra, ermənilər rus hərbçilərə qarşı aqressivlik nümayiş etdirməyə başlayıb. Həmin hadisədən sonra radikal millətçilər hər vasitə ilə rus əsgərlərindən bunun əvəzini çıxmağa çalışacaqlarını bəyan ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş