Ermənilər İngiltərə və Fransadan aldıqları silahları nümayiş etdirdilər – FOTO

 

Böyük Britaniyanın Ermənistana snayper tüfənglərini satmasına dair yeni faktlar ortaya çıxıb.

Ötən ilin aprel ayında Böyükk Britaniyanın Azərbaycandakı səfirliyi “AzeriDefence”nin İngiltərədə yerləşən “Accuracy International” şirkətinin Ermənistana snayper tüfəngləri satması barədə xəbərini təkzib edərək bu ölkəyə 2 ədəd silahın Fransa şirkəti tərəfindən sərgi məqsədi ilə gətirildiyini bildirmişdi.

Lakin həmin vaxt “Accuracy International” şirkətinin nümayəndəsinin “AzeriDefence”yə Ermənistana silahın Gürcüstanda yerləşən diler firma üzərindən satıldığını söylədiyini qeyd etmişdik.

Bu günlərdə “Kontakt” sosial şəbəkəsində ermənilərə məxsus hərbi səhifədə Ermənistan Müdafiə Nazirliyinin ordu snayperlərinin Fransa istehsalı “PGM Mini-Hecate” və İngiltərənin adıçəkilən şirkətinin istehsalı olan “Arctic Warfare .338 LM” snayper tüfəngləri ilə təlimlərinin fotosu yayılıb.

Ermənilərin paylaşımından bir daha məlum olur ki, snayper tüfəngləri Qarabağdakı hərbi birləşmələrin istifadəsinə verilib.

Bununla da ermənilər özləri Böyük Britaniyanın şirkətlərinin onlara silah satdığı faktını ifşa etmiş oldular.

ddd

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş