Ermənilər İrana atəş açdılar

Ermənistan Silahlı Qüvvələrinin atdığı 3 mərmi İran ərazisinə düşüb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, atılan 3 mərmi İranın Şərqi Azərbaycan vilayətinin Xudafərin rayonunun kəndlərindən birinə düşüb.

APA xəbər agentliyinin Tehran bürosunun məlumatına görə, hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb. Ermənistan silahlı bölmələrinin Hadrut istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.

İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.

İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş