Ermənilər mövqelərimizi atəşə tutdu: Azərbaycan Ordusunun hərbçisi şəhid oldu

Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün – fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş