Ermənilər öldürülən hərbçilərinin adlarını açıqladılar

Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı cəbhə xəttində öldürülmüş bəzi erməni hərbçilərinin adlarını açıqlayıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, cəbhədəki erməni təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin həmləsi nəticəsində Ermənistan Ordusunun kapitanı, 28 yaşlı Ovsep Heqamoviç Kirakosyan, müddətdən artıq xidmət edən əsgər Nodarik Artaşesoviç Marqaryan,  kəşfiyyatçı, 27 yaşlı sasun Mkrtçyan, kapitan, 4 bölmənin komandiri, 26 yaşlı Armenak Mersieviç Urfabyan, çavuş Yuriy Anatoliyeviç Fərəməzyan, mayor, 38 yaşlı Ovsep Rafaeloviç  Maisyan öldürülüb.

Öldürülənlərin hamısı Ermənistan vətəndaşlarıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş