Ermənilər “Osa-AKM” ZRK-lərini modernizə etməyə başlayıblar
Ermənistan “Osa-AKM” zenit-raket komplekslərini modernizasiya etməyə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, “Patneş” Qapalı Səhmdar Cəmiyyətinin və “Jamar – D.D” Elmi İstehsalat Birliyi MMC-nin iştirakı ilə aparılmış müasirləşdirmə nəticəsində ZRK-nin bəzi daxili sistemləri yenilənib.
Müasirləşdirmə nəticəsində “Osa-AKM” ZRK –nin radiolokasiya stansiyasında hərəkət edən hədəflərinin seleksiyası aparan müasirləşdirilmiş rəqəmli sistemin, ŞUVÇ-75 gücləndirilmiş qəbul kanalları qurğusunun və
TOV-M müasirləşdirilmiş televiziya-optik vizirlərinin quraşdırılması həyata keçirilib. Radiolokasiya siqnalının rəqəmli emal sistemi qurulub.
TOV-M iki rejimdə – geniş və dar sektorda işləyə bilir. Rəngli rejimdə iş vaxtı həssaslıq 0,01 lüks təşkil edir və bir rəngli rejimdə 0,001 lüksə qədər böyüyür.
İlkin olaraq quraşdırılmış televiziya kamerası yeni gecə-gündüz rəqəmsal 600×500 piksel görüntüləmə imkanına sahib videokamera ilə əvəz edilib.
Bu kamera standart şəraitdə və zəif işıqlanma vaxtı ən yaxşı görüntünü təmin edir. Daha əvvəl qurulmuş VPU-44 (55) televiziya indikatorları müasir səkkizdüymlük maye kristal ekranla əvəz edilib. Yeni kamera böyük uzaqlıqdan alınan hədəfin təsvirini yenidən yüksək keyfiyyətlə canlandırmağa imkan verir.