Ermənilər Qarabağ cəbhəsində ciddi itki verdiklərini açıqladılar

Sentyabrın 25-də günortadan sonra Qarabağ cəbhəsində baş verən döyüşlərdə Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində erməni tərəfi 4 hərbçisini itirib, xeyli sayda yaralısı var.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu gün saat 17:30-da cəbhədə baş verən atışma zamanı Azərbaycan Ordusunun 107 mm-lik reaktiv yaylım atəş sistemi ilə endirilən zərbə nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi – Norayr Mikaeloviç
Xaçatryan, Robert Surenoviç Mkrtçyan, Arut Maksimoviç Akopyan və Karen Georgiyeviç Şaqinyan ölüb. Xeyli sayda erməni hərbçisi isə yaralanıb.

Qeyd edək ki, bu gecə cəbhənin Ağdam rayonu istiqamətində də Ermənistan Ordusunun ön xətdəki dayaq məntəqəsi dağıdılıb. Nəticədə erməni tərəfindən iki hərbçi ölüb, biri isə yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş