Ermənilər Qarabağda Çindən aldıqları optik kəşfiyyat kompleksindən istifadə etməyə başlayıblar – FOTOLAR

Ermənistanın İrəvan Riyazi Maşınlar Elmi Tədqiqat İnstitutunun (Yer NİİMM) Çinin “Dahua Technology” şirkəti ilə birlikdə hazırladığı elektro-optik kəşfiyyat kompleksi Ermənistan Ordusunun işğal altındakı Azərbaycan ərazilərində yerləşən birləşmələrinin silahlanmasına verilib.

“AzeriDefence”nin Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, noyabrın 15-də Qarabağda artilleriya divizionlarının birinin döyüş atışlı taktik təlimlərin gedişatında həmin optik kəşfiyyat kompleksi tətbiq edilib.

“Qoyamart” televiziya proqramının kadrlarında MT-LB zirehli maşının üzərində hazırlanan həmin kompleks görüntülənib.

Yeni kompleksin taktiki-texniki göstəriciləri barədə məlumat mövcud deyil.

Qeyd edək ki,  hərbi sənaye mövzusu üzrə məlumatları işıqlandıran Samvel Ağababayan öz bloqunda həmin kompleksin bəzi elementlərinin sentyabr ayında İrəvanda keçirilmiş “ArmSecurity-2017” sərgisində nümayiş olunduğunu yazıb.

KATEQORIYA:
Bu xəbəri paylaş