Ermənilər son 2 ildə Azərbaycanın cəbhəyanı kəndlərində 2 mülki sakini öldürüb, 21 sakini yaralayıblar – MONİTORİNQ

Ermənistan Ordusunun atəşindən yaralanmış mülki sakinlərdən 9 nəfəri qadın, 12 nəfər kişi, o cümlədən 5 nəfəri uşaq və yeniyetmədir

Son 2 ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması nəticəsində 23 mülki sakin xəsarət alıb.

“AzeriDefence”nin apardığı monitorinqin nəticələrinə görə, onlardan 2 nəfər həlak olub, 21 nəfəri isə ermənilərin açdığı atəşdən yaralanıb. Ermənilər tərəfindən qətlə yetirilmiş mülki sakinlərdən biri – Əliyev Mübariz İsrafil oğlu yeniyetmədir. O, qoşunların təmas xəttində Ermənistan Ordusunun hərbçiləri tərəfindən qətlə yetirilib. Digər vətəndaş – Ağdam rayon sakini Bağırov Bəhram Qaraxan oğlu ermənilərin atdığı minaatan mərmisindən həyatını itirib.

Yaralanan mülki sakinlərdən 5 nəfəri uşaq və yeniyetmədir. Ermənistan Ordusunun atəşindən yaralanmış mülki sakinlərdən 9 nəfəri qadın, 12 nəfər isə kişidir.

Atəşkəsin pozulması nəticəsində Ağdam, Qazax, Gədəbəy rayonlarının hər birində 1, Ağstafa rayonunda 2, Tərtər rayonunda 4, Tovuz rayonunda 12 nəfər mülki sakin yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş