Ermənilər yaralıları daşıyan sanitar maşını atəşə tutublar – FOTOLAR

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş