Ermənilərə məxsus növbəti PUA məhv edildi
Bu gün saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) vurulub.
Bu barədə məlumatı “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində PUA vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.