Ermənilərə məxsus PUA məhv edilib – FOTO

Cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələrinə aid X-55 (Ptero-5E) tipli PUA Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərərkən məhv edilib.

Bu aprel ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilmiş X-55 tipli ikinci PUA-dır.

Qeyd edək ki, X-55 Pua Rusiyanın “AFM Servers” şirkəti tərəfindən istehsal edilmiş “Ptero-5E” modelidir. Ermənistan 2013-2014 -cü illərdə Rusiyadan 5 kompleks “Ptero -5E” alıb. İstehsalçı firma satışın Ermənistan Fövqəladə Hallar Nazirliyinə həyata keçirildiyini bildirsə də ötən il bu PUA-lar Ermənistan Müdafiə Nazirliyinin silah sərgisində X-55 indeksi ilə nümayiş olunub.

Arayış:

X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
– Qanadların açılışı 3030 mm.
– Uzunluğu 2100 mm.
– Kreyser sürəti 85-115 km/saat
– Maksimal uçuş sürəti 180 km/saat
– Havada qalma müddəti:
elektrik mühərriki ilə 1.5 saat
benzin variantında 8 saatadək
– Maksimal uçuş məsafəsi 130 km.
– Maksimal uçuş hündürlüyü 2000 m.

– Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək
– Qalxma üsulu katapult
– Enmə üsulu paraşüt

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş