Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan FHN-nin əməkdaşı yaralanıb

Ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı yaralanıb.

“AzeriDefence”nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Evoğlu kəndində fərdi yaşayış evinə erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi nəticəsində evin bir hissəsi dağılıb, digər hissəsində isə yanğın baş verib.

Dərhal hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğını söndürərkən yenidən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalıb və 1 nəfər yanğınsöndürən qəlpə yarası alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş