Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub

Münaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub

Bu barədə “AzəriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Nazirliyin məlumatında bildirilib ki, hadisədən dərhal sonra görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib: “baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

KATEQORIYA:
Bu xəbəri paylaş