Ermənilərin daha bir təxribatının qarşısı ANAMA tərəfindən alındı – FOTOLAR

Ermənilərin cəbhəyanı zonada yaşayan Azərbaycanın dinc əhalisinə qarşı planlaşdırdıqları daha bir təxribatın qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-dan bildirilib ki, bu günlərdə Ağdamın Əfətli kəndində Qarqar çayı vasitəsilə ermənilər tərəfindən 5 ədəd piyada əleyhinə mina Azərbaycan Ordusunun nəzarəti altında olan ərazilərə axıdılıb.

ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov bildirib ki, bu minalar Ermənistanda istehsal olunub: “Minalar Rusiya istehsalı olan PMN minalarının Ermənistanda istehsal edilmiş prototipidir. İndiyədək bir neçə dəfə Ağdamda və Tərtərdə ermənilər tərəfindən bu minalardan Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrinə çaylar vasitəsi ilə axıdılıb. Biz yerli sakinlərdən bu tip minalarla rastlaşdıqları zaman ANAMA-ya və yerli qurumlara məlumat verməyi xahiş edirik”.

Bu gün saat 12 radələrində tapılmış minaların zərərsizləşdirmə əməliyyatı həyata keçirilib.

Məlumat üçün bildirək ki, indiyədək ermənilər tərəfindən dəfələrlə çaylar vasitəsiylə Azərbaycanın dinc əhalisinin yaşadığı ərazilərə mina və partlayıcı vasitələrin axıdilması faktları qeydə alınıb.

Son bir neçə ildə isə Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhalinin yaşadığı ərazilərə yönəlik bu tip təxribatların sayının artdığı müşahhidə olunur.

mina-erm (7)

mina-erm (6)

mina-erm (5)

mina-erm (3)

mina-erm (1)

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş