Ermənilərin dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan əsgəri şəhid olub

Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da Ermənistan Ordusu tərəfindən snayper atəşi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş