Ermənilərin möhkəmləndirilmiş atəş nöqtəsi vuruldu – VİDEO

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Azərbaycan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alındığı qeyd olunub.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə o canlı qüvvə sarıdan ən azı 3 nəfər itki verib.

KATEQORIYA:
Bu xəbəri paylaş