Ermənistan Baş Qərargah rəisinin müavini avtomobil qəzasına uğrayıb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Enriko Apriamov avtomobil qəzası keçirib.

“AzeriDefence”nin Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, generalın olduğu “Lexus” markalı avtomobil İrəvan-Erasxavan yolunda qəzaya uğrayıb.

General və sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş