Ermənistan dövlət sərhədində təxribat törədib: Bir hərbi qulluqçu yaralanıb

Düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Bu barədə “AzəriDefence”yə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Azərbaycan Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub.

Düşmən tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun bir nəfər hərbi qulluqçusu əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.

Məlmatda bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

KATEQORIYA:
Bu xəbəri paylaş