Ermənistan dövlət sərhədində təxribat törədib

Noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki  mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təxribatın miqyasının genişlənməməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin həmin istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

KATEQORIYA:
Bu xəbəri paylaş