Ermənistan Fransadan qumbaraatanlar alıb – FOTO

Ermənistan Fransanın SAE ALSETEX şirkətinin istehsalı olan qumbaraatanlar əldə edib.

“AzeriDefence”nin məlumatına görə, “Kontakt” sosial şəbəkəsində yaradılmış erməni hərbi səhifəsində yerləşdirilmiş fotoların arasında Fransadan satın alınmış “Cougar” qumbaraatanı da yer alıb.

Fotodan göründüyü qədər adıçəkilən qumbaraatan Ermənistanın Daxili Qoşunlarının silahlanmasındadır.

Daxili Qoşunlar və polis qüvvələri üçün nəzərdə tutulan ALSETEX “Cougar” qumbaraatanları tüstü qumbaraları atmaq üçün nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistan Fransadan müxtəlif dövrlərdə fərqli silah, hərbi təyinatlı avadanlıqlar, o cümlədən lazer və akustik atəş deteksiya cihazları alıb. Ötən il isə Ermənistan Ordusunun və Qarabağdakı separatçı rejimin silahlı birləşmələrinin silahlanmasında Fransa istehsalı olan “PGM Mini Hecate” snayper tüfəngləri üzə çıxıb.

ermeni cougar qumbaraatan

KATEQORIYA:
Bu xəbəri paylaş