Ermənistan və Azərbaycan hərbçilərinin cəbhədəki xidməti şəraiti – MÜQAYİSƏLİ FOTOLAR

Azərbaycan hərbçilərinin xidməti yeri ilə müqayisədə…

Təqdim olunan foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində “yaşayışı üçün” yaradılmış şərait əks olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tərifi “göylərə sığmayan Ermənistan ordusunun” necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur.

Fərq müqayisə zamanı daha aydın görünür. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.

Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

Ermənistan silahlı qüvvələrinin əsgər yataqxanaları:

 

kazarmaerm6

kazarmaerm5

kazarmaerm4

kazarmaerm3

kazarmaerm2

Azərbaycan Silahlı Qüvvələrinin əsgər yataqxanaları: 

kazarmabzm7

kazarmabzm6

kazarmabzm5

kazarmabzm4

kazarmabzm3

kazarmabzm2

kazarmabzm1

KATEQORIYA:
Bu xəbəri paylaş