Ermənistan hərbi sənayesinin yeni icadı – FOTOLAR

Ermənistanın “Locator” şirkəti sərhəd bölgələrdə tətbiq edilməsi üçün yeni distans idarəetməli silah kompleksi hazırlayıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, silah kompleksi oktyabrın 2-4-dək İrəvanda keçirilmiş “DigiTec Expo-2015” sərgisində nümayiş etdirilib.

Ermənilərin yeni sialah kompleksi ZPU-2 zenit pulemyot qurğusu və SPQ-9 dəzgahlı qumbaraatanın birləşməsindən ibarətdir. İstehsalçı şirkətin mütəxəssisləri bu distans modulun “sərhəddə təhlükəsizliyin təmin olunması üçün” nəzərdə tutulduğunu bəyan ediblər.

Sistem həddən artıq qaba formada hazırlanıb. Üzərinə optik cihazlar qurulub. Silahın idarəolunması məsafədən coystik vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, “Locator” şirkəti ötən il snayperlərin yerlərini aşkar edə bilən, akustik təyinetmə sisteminə malik DUBM adı verilmiş başqa bir döyüş modulunu təqdim edib. Həmin sistemin 2015-ci ilin mart ayından cəbhə xəttində testlərinin keçirilməsinə dair məlumatlar mövcuddur.

lokator (2)

lokator (3)

lokator (1)

 

KATEQORIYA:
Bu xəbəri paylaş