Ermənistan Silahlı Qüvvələrində çalışan bəzi məsul şəxslər işdən azad olunacaq

Ermənistan Müdafiə Nazirliyində istefa gözlənilir.

“AzeriDefence”nin erməni mətbuatına istinadən məlumatına görə, “Joxovurd” qəzeti yazır ki,  bu yaxınlarda Ermənistan Silahlı Qüvvələrində çalışan bəzi məsul şəxslərin işdən azad olunacağı gözlənilir.

“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, yaxın vaxtlarda Müdafiə Nazirliyinin idarə müdirləri, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının yüksək rütbəli məmurları, hərbi hissə komandirləri tutduqları vəzifədən çıxarılacaqlar”, – deyə qəzet yazır.

Qeyd edək ki, Müdafiə Nazirliyində istefalar haqqında danışıqlar dünən axşam Serj Sarkisyanın nazirliyə gözlənilməz səfərindən sonra başlayıb. Zabit heyəti ilə görüşdən sonra Serj Sarkisyan Hərbi Polis İdarəsinin rəhbərinin dəyişdirilməsi barədə fərman imzaladı.

Bununla da general-mayor Samvel Qukasyanın tutduğu vəzifədən azad olunub əvəzinə polkovnik Artur Baqdasaryan təyin edildi. Faktiki olaraq, irəlidə daha çox dəyişikliyin olacağı gözləniləndir.

KATEQORIYA:
Bu xəbəri paylaş