Ermənistan Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi

Ermənistan Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi olub.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə bu ölkənin Müdafiə Nazirliyinin Silahlanma idarəsinin rəisi Melsika Çilingaryan vəzifəsindən azad edilib.

Ermənistan mediası Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsinin işindən azad edilməsini Qarabağda aprel döyüşlərindən sonra Silahlı Qüvvələrdə baş verən prosesin davamı olaraq qeyd edib.

Qeyd edək ki, aprelin 25-də Ermənistanın Müdafiə Nazirliyində və silahlı qüvvələrin rəhbərliyində təmsil olunan 3 nəfər general rütbəli şəxs – Silahlı Qüvvələrin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə idarəsinin rəisi general-mayor Komitas Muradyan və Müdafiə Naziliyinin Maddi-Texniki Təminat iadrəsinin rəisi, nazir müavini general-leytenant Alik Mərzəbekyan tutduqları vəzifələrdən azad ediliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş