Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı avtoqəzada ölüb

Ermənistan Müdafiə Nazirliyinin aparatının iki əməkdaşı yol qəzasında ölüb.

“AzeriDefence”nin “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 8-də Sünik vilayətində (Gorus yaxınlığında) baş verib.

Müdafiə Nazirliyinə məxsus nömrə nişanlı “Lexus” avtomobilinin dərəyə yuvarlanması nəticəsində nazir Viqena Sarkisyanın təhlükəsizliyinə məxsus iki zabit həlak olub.

Həlak olmuş şəxslər leytenant Armen Musikyan və kapitan Aleksan Simonyandır.

KATEQORIYA:
Bu xəbəri paylaş