Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə heç bir ziyan vurmayıb.

Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş