Ermənistan Ordusu “Şeytan borusu”ndan daha çox Xocavənddə istifadə edib

Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində “Şmel” reaktiv odatanların istifadəsinə indiyədək bir neçə dəfə rast gəlinib. 1993-1994-cü illərdə Ermənistan Ordusu “Şmel”lərdən Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə istifadə edib.

“AzeriDefence”nin apardığı araşdırmalara görə, ermənilər 1993-1994-cü illərdə gedən döyüş əməliyyatlarında “Şmel”dən istifadə ediblər. Sonrakı illərdə Xocavənd rayonunda Ermənistan Ordusunun işğalından azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı “Şmel” qalıqları aşkarlanıb.

2014-cü ilin fevral ayında ANAMA agentliyinin minaaxtaranları tərəfindən Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində 1993-1994-cü illərdə ermənilərə məxsus olmuş səngərlərdən istifadə olunmamış “Şmel-M” tapılaraq zərərsizləşdirilib.

1994-cü ilin döyüş əməliyyatlarında Ermənistan Ordusundan 5 ədəd “Şmel”in qənimət olaraq ələ keçirildiyinə dair məlumatlar mövcuddur.

Sovet Ordusunun Əfqanıstanda istifadə etdiyi və “Şeytan borusu” (Şaytan truba) kimi tanınan “Şmel” reaktiv piyada odaatanı partlayış vaxtı yüksək dərəcəli yanğın yaradaraq açıq yerdə 50, qapalı yerdə 80 kvadratmetrədək ərazidəki bütün canlıları məhv edir. Germetik mühafizəsi olmayan istehkamlar və yüngül zirehli texnikalarda olan canlı qüvvə ərazidə “Şmel”in yaratdığı vakum nəticəsində məhv olur.

_MRS7235

Müdafiə naziri Zakir Həsənov İDEX-2015 sərgisində “Rostexnologiya” şirkətinin nümayiş etdirdiyi “Şmel-M” odaatanı ilə tanış olarkən. Foto: AD

“The Military Balance” nəşrində yer alab məlumatlara görə, Ermənistan Ordusunun arsenalında “Şmel” odatanları mövcud olub.

Moskvada 2015-ci ilin sentyabr ayında keçirilmiş “Armiya-2015” hərbi-texniki forumunda “Rostexnologiya” şirkətinin nümayəndəsi “AzeriDefence”yə açıqlamasında Azərbaycanın “Şmel-M” reaktiv odaatanları sifariş verdiyini və çatdırılmasına başlandığını bildirsə də indiyədək keçirilən təlimlərdə “Şmel-M” odaatanlarının nümayişinə rast gəlinməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş