Ermənistan Ordusu yenə “avtoqəzada” hərbçi itirdi

Ermənistan Müdafiə Nazirliyinin 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsində ölüb, 2 nəfər isə yaralanıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə martın 9-da İrəvan-Meğri magistralında baş verib. “Opel” markalı maşının 250 metr dərinlikdəki dərəyıə düşməsi nəticəsində maşında olan müqavilə əsasında Ermənistan Ordusunda xidmət edən 30 yaşlı Karen Karapetyan və 35 yaşlı Vahan Qukasyan hadisə yerində, 30 yaşlı sərnişin Ruslan Artunyan isə xəstəxanaya aparılarkən yolda ölüb. Digər iki sərnişin, hərbi qulluqçular Roman Artunyan və Arkadi Artunyan xəstəxanaya yerləşdirilib. Onlardan A. Artunyanın vəziyyəti ağırdır.

Qeyd edək ki, erməni tərəfinin bu “avtoqəza” nəticəsində hərbçi itkisi ənənəvi şəkildə, cəbhədə Azərbaycan tərəfinin düşmənə qarşı həyata keçirdiyi tədbirlərdən sonra meydana çıxıb. Erməni mediasında hadisə yerindən yayımlanan videoda bəzi suallar yaranır. Videoda 250 metr dərəyə düşən maşının sürüşməsini əks etdirən izin olmaması, qayalara ilk toxunuşda qırılmalı olan hissələrin avtomobilin üzərində olması, təcili yardıma gələn tibb işçilərinin, meyidi və yaralını götürən xərəyin üzərində qan izlərinin olmaması şübhəələr doğurur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribat törətməyə hazırlaşan qrupuna endirilən artilleriya zərbələrinin videosunu sübut üçün yayımlayıb. Videoda Ermənistan Ordusuna məxsus avtomobil texnikalarının və şəxsi heyətin necə vurulması aydın görünürdü.

 

KATEQORIYA:
Bu xəbəri paylaş