Ermənistan Ordusuna ağır zərbə – düşmənin 6 əsgəri öldürülüb
Cəbhə xəttində Ermənistan Ordusuna ağır zərbə vurulub.
“AzeriDefence”nin Azərbaycan Müdafiəə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o ktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Silahlı Qüvvələrimizin bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Azərbaycan Ordusunun bir hərbi qulluqçusu yaralanıb.
“Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə Müdafiə Nazirliyi bəyan edib.