Ermənistan Ordusuna cəbhədə daha bir zərbə

Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrnin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.

KATEQORIYA:
Bu xəbəri paylaş