Ermənistan Ordusuna məxsus PUA məhv edilib

Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan Ordusuna məxsus pilotsuz uçuş aparatı məhv edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş