Ermənistan Ordusunun daha bir əsgəri minaya düşüb

Dekabrın 11-də ön xətt mövqelərində döyüş növbətçiliyi apararkən mina partlayışı nəticəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb.

Bu barədə “AzeriDefence” “Tert.am” saytına istinadən xəbər verib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. Hazırda hərbi qulluqçu Berd hərbi hospitalındadır, vəziyyəti ağır sabit olaraq qalır.

KATEQORIYA:
Bu xəbəri paylaş