Ermənistan Ordusunun hərbçiləri ağır yol qəzası törədiblər

ABŞ səfirliyinin əməkdaşları ağır bədən xəsarətləri alıblar

Oktyabrın 18-də İrəvanda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

“AzeriDefence” “Shamshyan”a istinadən xəbər verir ki, qəza ABŞ səfirliyinin yaxınlığında, İsakov prospektində “Mitsubishi” markalı avtomobillə “VAZ-2106” avtomobilinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində “Mitsubishi”nin sürücüsü 26 yaşlı Artur Varbetyan, sərnişin 52 yaşlı Karine Bağdasaryan, “VAZ-2106” avtomobilin sürücüsü 21 yaşlı Kamo Poladyan və sərnişin 44 yaşlı Aşxen Qalstyan ağır bədən xəsarətləri alıblar.

Bildirilir ki, A.Varpetyan ABŞ-ın Ermənistandakı səfirliyində mühasib, K. Bağdasaryan isə səfirliyin kadrlar şöbəsində işləyir.

Məlumatda həmçinin o da qeyd olunub ki, A. Qalstyan və K. Poladyan Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş