Ermənistan Ordusunun hərbçisi ölüb

Bu gün Qarabağ ərazisində Ermənistan Ordusunun əsgəri ölüb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Qor Amazatoviç Qareqinyan güllə yarasından ölüb.

Hadisə Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində –  fevralın 6-da saat 11.00 radələrində Dağlıq Qarabağın şimal-şərq istiqamətində baş verib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş